Türkiyə terrorizmlə mübarizə məsələsində Hindistanla həmrəydir.
Yeniçağ.az Anadolu Agentliyinə istinadən istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hindistanın Baş naziri Narendra Modi ilə Nyu-Dehlidə baş tutan birgə mətbuat konfransında bildirib.
“Əminəm ki, terrorçular sonda öz qanlı əməllərinə görə cavab verəcəklər. Terror təşkilatları xalqın iradəsinə təsir etmək gücünə malik deyil”, – deyə Ərdoğan qeyd edib.
Türkiyə prezidentinin sözlərinə görə, o, Nyu-Dehlidəki danışıqlar zamanı Hindistan hakimiyyətini FETÖ təhlükəsi barədə məlumatlandırıb. Eyni zamanda, Fətullah Gülən tərəfdarlarının Hindistandakı bütün strukturlarının tez bir zamanda bağlanmasına ümid etdiyini qeyd edib.
Yeniçağ.az