Suriyada terrorçuların atəşi nəticəsində dörd rusiyalı hərbçi həlak olub.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Suriyanın Deyr əz-Zor vilayətində qaranlıq vaxtda terrorçular Suriya hökumət qüvvələrinə hücum ediblər: “Suriya batareyasının atəşini edarə edən iki rusiyalı müşavir həlak olub. Daha beş rusiyalı hərbçi yaralanıb və hospitala çatdırılıb”.
Nazirliyin məlumatına görə, yaralananlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.