!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Terrorçuların analara çəkdiyi dağ: "Övladlarımıza qovuşmaq istəyirik" - VİDEO

!Reklam – Yazi

Diyarbəkirli anaların dağa qaçırılan övladlarına qovuşmaq ümidiylə Xalqların Demokratik Partiyasının (HDP) Diyarbəkir təşkilatının binası qarşısında başlatdıqları etiraz aksiyası davam edir.

Yenicag.az xəbər verir ki, övladlarının dağa qaçırılmasına görə HDP-ni günahlandıran Diyarbəkirli anaların 2019-cu ilin senyabr ayının 3-də başlatdığı oturaq aksiya 220-ci günə girib.

Hakkarinin Yüksəkova mahalından 6 il əvvəl 14 yaşında olarkən dağa qaçırılan oğlu Həmzə üçün gələn Zümrüd Salim övladlarına qovuşana qədər oturaq aksiyaya davam edəcəyini söyləyib.

Z.Salim aksiyanın 220 gündür davam etdiyini bildirib:

“Koronavirusa baxmayaraq, burada qaldıq. Övladlarımıza qovuşmaq üçün aksiyamıza davam edirik. Təslim olan uşaqları gördüm, çox sevindim. Mən də övladıma qovuşmaq istəyirəm. Həmzə, oğlum sənin üçün burada otururam. Qardaşların, atan, hamımız sənin üçün çox darıxırıq. Dərddən xəstələnmişəm. HDP necə oğlumu aparıbsa, eləcə də gətirsin. Oğlumu almamış buradan qalxmayacağam.”

Oğlunu təslim olmağa çağıran Zümrüd ana “Həmzə, oğlum, qayıt, dövlətinə təslim ol. Qorxma, gəl. Hamımız ailəliklə səni gözləyirik”, – deyib.

5 il əvvəl 15 yaşında olarkən dağa qaçırılan oğlu Özkan Aydın üçün oturaq aksiyada iştirak edən ata Süleyman Aydın övladlarının HDP vasitəsilə qaçırıldığını söyləyib:

“Aksiyamıza davam edirik. HDP millət vəkilləri binaya girib çıxırlar. Görməzdən gəlirlər. Niyə gəlib PKK-dan uşaqlarımızı istəmirlər. Koronavirus epidemiyası var. Burada birimizə bir şey olsa bunun gönahkarı HDP-dir. Niyə gəlib uşaqlarımızı istəmirsiz. Əgər sizdə az da olsa vicdan varsa gəlib övladlarımızı istəyərsiz. Hamımız qətiyyətliyik. Buradan heç yerə getmirik.”

Ö.Aydın da oğlunu təslim olmağa çağırıb:

“Oğlum, məni eşidirsənsə gəl təslim ol. Onlar sizi mağaralarda ölümə məhkum edirlər. Rəhbərləri gedib isti yerlərində yatırlar. Artıq ağlınızı başınıza yığın, sizdən istifadə edirlər. Gəlin isti yuvanıza, ananızın, atanızın yanına qayıdın. Ananızdan, atanızdan başqa heç kimin sizə xeyri yoxdur. Gəlin təslim olun, bu həsrət bitsin artıq.”

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv