Terrorçuluğu maliyyələşdirən azərbaycanlı həbs edildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul edilib.

Belə ki, Abit Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.