Terrorda şübhəli bilinənlərdən daha 17-si həbs edildi

57681d2325_terror8Türkiyədə Atatürk hava limanınada terror aktı törətməkdə şübhəli bilinən şəxslərin ifadəsi alınıb.

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, ifadələri alındıqdan sonra 11-i xarici olmaqla daha 17 nəfər həbs olunub. Onlar “silahlı terror qruplaşmasına üzv olmaq” maddəsi ilə ittiham ediliblər.

Qeyd edək ki, istintaq çərçivəsində ötən gün də 13 nəfər “silahlı terror təşkilatına üzv olmaq” və “qəsdən öldürməkdə iştirak” cinayətlərindən həbs olunublar. Bununla da həbs olunanların sayı 30 nəfərə yüksəlib.

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 “canlı bomba” tərəfindən törədilən terror aktı nəticəsində 45 nəfər ölüb, 238 nəfər yaralanıb.