!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Tərtər çayında 1 nəfər BATDI - YENİLƏNDİ

!Reklam – Yazi

Tərtərçay çayında batdığı ehtimal edilən şəxsin kimliyi məlum olub.

Yenicag.az xəbər verir ki, bu, Ağdamın İmamqulubəyli kəndində məskunlaşan məcburi köçkün Qiyas Rasif oğlu Rzayevdir.

Q.Rzayevin yaxınlarının bildirdiyinə görə, onu sonuncu dəfə anası Fizzə kamil qızı Rzayeva ilə birlikdə Tərtərçayın şəhərin mərkəzindən keçən hssəsindəki sahilində görüblər.

Avqustun 26-da isə anası F.Rzayevanın meyiti Tərtərçay çayından tapılıb və aidiyyəti üzrə təhvil verilib. Həmin gündən Qiyası da görən olmayıb. Buna görə də ehtimal olunur ki, Qiyas da anası ilə birlikdə Tərtərçayda batıb.

Qeyd edək ki, hazırda Tərtərçayda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam edir.

 

*** 12:14

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtərçay çayının Tərtər rayonu, Tərtər şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib. Məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

www.yenicag.az

193
Ads
www.veteninfo.com
!Reklam – Arxiv