Tərtər rayonunun Mamırlı kənd sakinindən külli miqdarda marixuana götürülüb.
Yenicag.az xəbər verir ki, rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əli Hüseyn oğlu Həsənov saxlanılıb. Onun işlədiyi çayxanaya və yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 1 kq 400 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.