Tərtər sakinlərində metamfetamin və heroin aşkar olundu

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri N.Əhmədli və Ş.Misirov saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.