Tərtərdə çoban minaya düşdü – Araşdırma başladıldı

Tərtər rayonunda qoyun otaran şəxs minaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə aprelin 9-da baş verib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinə müdiri Zamirə Ədilova “Report”a bildirib ki, Goranboy rayonu Xoylu kəndi sakini 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu hər iki baldırın orta 1/3 hissəsinin travmatik amputasiyası ilə Bərdədə xəstəxanaya gətirilib.

O qeyd edib ki, xəstə həyatı göstərişlə əməliyyata qəbul olunub.

*

Prokurorluq Tərtər rayonu ərazisində Goranboy rayonu sakininin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Yenicag.az-a bildirilib ki, 1976-cı il təvəllüdlü Goranboy rayon Xoylu kənd sakini, Həsənov Elnur Tofiq oğlunun Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd təsərrüfatı ilə məşğul olan zaman piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Xatırladaq ki, Tərtər rayonu ərazsində qoyun otaran 1976-cı il təvəllüdlü Həsənov Elnur Tofiq oğlu Həsənqaya kəndi ərazisində minaya düşüb. O xəstəxanaya yerləşdirilib və hər iki ayağı amputasiya olunub.