Tərtərdə dəhşət – 40 yaşlı kişi küçə ortasında qətlə yetirildi

Tərtər rayonunda qətl hadisəsi törədilib.

Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Həmin ərazidə yaşayan 1980-ci il təvəllüdlü Zeynalov Xətai Sabir oğlunun meyiti küçədə tapılıb.

Araşdırmalar zamanı X.Zeynalovun qonşusu Hümbətov Naib Nadir oğlu tərəfindən bıçaqlanaraq öldürülməsi müəyyən edilib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.