Tərtər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Şirxax qəsəbəsinə gedən yolda qeydə alınıb.
Belə ki, “VAZ-2106” markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.