Tərtərdə əl qumbarası partladı: Ölən və yaralananlar var

Tərtər rayonunda döyüş sursatı partlayıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, əl qumbarasının partlaması nəticəsində 1991-ci il təvəllüdlü Hüseynli Elmir Bəkir oğlu hadisə yerində ölüb, 1967-ci il təvəllüdlü Abbasov Fikrət Musa oğlu isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır

COP29