Tərtərdə faciə – 30 yaşlı gənc intihar etdi

Tərtər rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az-ın məlumata görə, hadisə Evoğlu kəndində yerləşən meşə zolağında qeydə alınıb.

Rayonun Qaraqoyunlu kənd sakini, 1989-ci il təvəllüdlü Məmmədov Nicat Rafet oğlu özünü ağacdan asaraq intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.