Tərtərdə fərdi evdə yanğın olub

fhn4_779Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

Yeniçağ.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 20 m2 sahədə və dam örtüyü 10 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az