Tərtərdə hamilə qadın öldü

Tərtərdə hamilə qadın evdə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonunun Hüsənli kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü, 29-30 həftəlik hamilə vəziyyətdə olan Türkanə Əsədovanın evdə halı pisləşib və qəflətən ölüb.

Ailə üzvlərinin dediyinə görə, o, epilepsiya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.