Tərtərdə ikimərtəbəli ev yandı

Tərtər rayonunun Ağkənd kəndində ümumi sahəsi 160 m² olan (hər mərtəbəsi 80 m²) ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.