Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 milyon manat ayrıldı

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

Yenicag.az xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi “Real-İnşaat” MMC seçilib.

Qalib şirkətlə tikinti və bərpa işlərinin həyata keçirilməsi üçün 1 milyon 499 min 898 manat həcmində müqavilə bağlanılıb. Şirkət müqavilə üzrə bu il iyun ayının sonuna kimi işləri yekunlaşdırmalıdır./APA-Economics/