ABŞ-li milyarder İlon Maskın sahibi olduğu “Tesla” şirkəti 239 min 382 avtomobili geri çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb avtomobillərin arxa kameralarında yaşanan nasazlıqlardır. Elektron kartda yaşanan qısaqapanma nəticəsində arxa kamerada görüntünün itməsi halları yaşanır ki, bu da sürücülərin qəza riskini artırır.
“Tesla” sözügedən nasazlığın yaşandığı avtomobillərin müəyyənləşdirilməsi işlərinə artıq başlayıb.