Tesla elektrikli avtomobillərdən imtina etdi

Tesla şirkətinin baş icraçı direktoru Elon Mask elektrikli avtomobil istehsalından imtina edildiyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, şirkətin saytında yazılan məlumata əsasən, plan cümə axşamı günü idarə heyətinin iclasından sonra ləğv edilib. Bunun ardınca şirkət səhmlərinin qiyməti 20% azalıb.

Bu tip avtomobil istehsalından imtinaya səbəb kimi şirkətin maliyyə böhranları əsas gətirilib.

“Tesla”nın səhmləri avqustun 7-də şirkətin səhmlərinin özəlləşdirilməsi qərarından sonra müəyyən artım əldə etsə də, daha sonra yenidən azalmağa başlayıb.

COP29