Təşviqat aparılması üçün açıq və qapalı məkanların siyahısı hazırlanmalıdır

Növbədənkənar parlament seçkilərində təşviqat aparılması üçün açıq və qapalı məkanların siyahısı hazırlanmalıdır.

Yenicag.az-ın xəbərinə görə, bunu Mərkzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSKnın bu gün keçirilən iclasında deyin.

Məzahir Pənahov deyib ki, siyahılar tez bir zamanda hazırlanmalıdır ki, namizədlər yerlər barədə məlumatlı olsun.

MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, bu istiqamətdə iş aparılır. “Əsasən ənənəvi görüşlərin keçirildiyi məkanlara üstünlük verilir. Yerlər müəyyənləşdirilib ictimaiyyətə təqdim olunacaq”.

 

COP29