Tətil günlərindən sonra İŞƏ ADAPTASİYA: Psixoloqdan TÖVSİYƏ

 

5 günlük bayram tətilini geridə qoyaraq, yenidən iş mühitinə qayıtmışıq. Lakin bu zaman bəzi insanlar işə adaptasiya olmaqda, işə həmən atılmaqda bir qədər çətinlik çəkirlər. Bu isə onların işdə olan səmərəliliyinin nisbətən azalmasına gətirib çıxarır. Bəs bayram, tətil günlərindən qayıtdıqdan sonra işə necə adaptasiya olmaq mümkündür?

Mövzu ilə bağlı Yenicag.az-a danışan psixoloq Zeynəb Eyyubova deyib ki, tətil günlərindən sonra işləmək, işə adaptasiya olmaq çətinləşdiyinə görə, bir sıra məqamlara önəm vermək lazımdır.

“Birincisi, planlaşdırma və prioritetlərdir. Tətildən işə qayıtdıqda ilk növbədə işləri planlaşdırmaq və prioritetləri müəyyən etmək vacibdir. Bu, vacib işlərinizi daha asan idarə etməyimizə, stressi azaltmağınıza kömək edəcək.
İkinci addım isə bütün işləri bir anda çalışmaq əvəzinə, kiçik addımlarla başlamaq daha faydalı olur. Təcili işləri önə salmaq, daha sonraq isə digər işlərə keçmək lazımdır. İş prosesində qısa fasilələr vermək, diqqətinizi toparlamaq enerji səviyyəsinizi qorumaq üçün çox vacibdir. Bu fasilələr eyni zamanda beyni də yeniləyir”, – deyə o bildirib.

Psixoloq, bundan əlavə, qeyd edib ki, insanlarda tətildən sonra işə qayıtdıqda pozitiv düşüncə olmalıdır:

“Özünü motivasiya etmək, işinin müsbət tərəflərini düşünmək də adaptasiyanı asanlaşdıran məsələlərdəndir. Digər tərəfdən, iş yoldaşları ilə qarşılıqlı dəstək və əməkdaşlıq etmək, işin daha səmərəli və az stressli olmasına, bir-birinə dəstək olmaq adaptasiya problemini asanlaşdıracaq.

Tətildən əvvəlki və sonrakı iş təcbübələrini analiz etmək lazımdır. Hər dəfə hansı çətinliklərlə üzləşildiyini, onları necə həll etmək lazım olduğunu düşünmək gərəkdir. Belə məqamlarda müdiriyyətin də xırda motivə edici cümlələr etməsi baxımından önəmlidir”.

İsmayıl Bakuvi

COP29