Texas Meksika ilə sərhəddə hərbi düşərgə tikir

Texas hakimiyyəti Meksika ilə sərhəddə hərbi düşərgə tikir.

Yenicag.az xəbər verir ki, qubernator Qreq Abbott bildirib ki, sərhədi 2 mindən çox adam qoruyacaq.

“Düşərgə sərhəd təhlükəsizliyi imkanlarını genişləndirmək üçün tikiləcək”, – deyə o qeyd edib.

Texas ştatı dəfələrlə bəyan edib ki, ABŞ administrasiyası sərhədi lazımi səviyyədə qorumur və bu, qeyri-qanuni miqrant axınına səbəb olub. Region rəhbərinin hərəkətləri federal hökumət tərəfindən tənqid edilib. ABŞ Ali Məhkəməsi Abbottun miqrant axınına qarşı mübarizəsi çərçivəsində Texasda ABŞ-Meksika sərhədi boyunca quraşdırılmış təxminən 30 mil (48 km) məftil hasarın sökülməsinə qərar verib.

COP29