Bu gün ABŞ-ın Texas ştatında iki partlayış qeydə alınıb.
Öncə Ostin şəhərindəki fərdi evlərdən birinin kandarına qoyulmuş partlayıcı qurğu işə düşüb. Hadisə nəticəsində 17 yaşlı yeniyetmə yerindəcə keçinib, təqribən 40 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya aparılıb.
İkinci partlayış da Ostində qeydə alınıb. Bu dəfəki partlayış yaşayış evində baş verib. Təqribən 70 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. İkinci zərərçəkmiş birbaşa partlayışla əlaqəli olmayan travma ilə xəstəxanaya yerləşdirilib.
Hadisələr arasında hər hansı bir əlaqənin olub-olmadığı hələ ki, məlum deyil.
Yerli polis faktla bağlı araşdırma aparır.