Texasda qaz kəmərində partlayış: Yaralılar var

ABŞ-ın Texas ştatında neft-qaz yatağında qaz kəmərində partlayış olub.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır yanıq xəsarətləri alıb.

Yaralananlardan birinin yanğınsöndürən olduğu bildirilib.

Partlayışın baş vermə səbəbləri araşdırılır.