Texasda təyyarə qəzası – Ölənlər var

ABŞ-ın Texas ştatında yüngülmühərrikli “Piper PA-46” təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə CNN teleşirkəti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində təyyarədə olan 4 nəfər ölüb.

Məlumata görə, təyyarənin mühərrikində problem yaranıb. Pilot qəza enişi etmək istəyib, lakin qəza törədib.

Qəza ilə bağlı araşdırma aparılır.