Təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun tarixi açıqlandı

Azərbaycan Premyer Liqasının II turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun keçirilmə tarixi və başlama vaxtı müəyyənləşib.

Yenicag.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 25-də olacaq.

“Kapita Bank Arena”da baş tutacaq matç saat 18:30-da start götürəcək.