Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Təxliyə edilən kənd sakinləri evlərinə qaytarılıb

Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin silah–sursat anbarında baş verən yanğın və partlayış səbəbindən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, əhalinin müvəqqəti olaraq təhlükəsiz yerlərdə yerləşdirilməsi, eləcə də onların məişət və həyat təminatlarının təmin edilməsi üçün tədbirlər davam etdirilir.

Xatırladaq ki, silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunmuşdu.

Yenicag.az

www.yenicag.az

312
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM