!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilib

!Reklam – Yazi

bashliq111 (1)Azərbaycan respublikası prezidentinin 10 fevral 2015-ci il tarixli 144 N-li sərəncamı ilə “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət proqramı” üzrə tədbirlər planının 2.7.3-cü bəndinin icrasını təmin etmək məqsədilə yerli səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə əhali arasında talassemiyanın profilaktikası sahəsində geniş maarifləndirmə işləri aparılır.

Bu məqsədlə 17.10.2016 — 18.10.2016-cı il tarixlərdə Starlab Tibb Mərkəzi və Texniki – Humanitar lisey “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirmişdir.

Tədbirdə V,VI,VII,VIII,IX,X və XI sinif şagirdlərinə, liseyin müəllimlərinə və valideynlərə həkim Vüsalə Atakişiyeva və Fəxriyyə Əhmədova talessimiya haqqında geniş məlumat vermiş və öz çıxışlarında bildirmişlər ki, talassemiya genetik bir xestelikdir. Bu xəstəliyin qarşısını almaq üçün vaxtında müayinədən keçmək lazım olduğunu tədbir iştirakçılarına bildirilmişlər. Tədbirdən sonra Starlab Tibb Mərkəzi Texniki Humanitar liseyin şagird, valideyn və müəllim heyətinə laborator müayinə olan qanın ümumi analizini ödənişsiz həyata keçirmişdir.

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv