“Hətta mənim adımdan belə bu kimi videolar hazırlayıblar”.
Bunu Yenicag.az-a açıqlamasında media savadlılığı ilə bağlı fikirlərini bölüşən Əməkdar jurnalist Elçin Şıxılı deyib.
Onun sözlərinə görə, hazırkı informasiya bolluğu zamanında xaos qaçılmazdır.
“Belə olan halda, yalan xəbərlərin yayılması üçün əlverişli zəmin yaranır. Nəticədə isə yalan xəbərin doğru xəbərdən ayırd edilməsi məsələsi gündəmə gəlir. Burada media savadlılığı məsələsi özünü göstərir. Yəni oxucu, dinləyici, yaxud izləyici təməl məlumatlarla aldığı informasiyanı düzgün təhlil etməyi bacarmalıdır”.
“Ən aşağı tədrisdən dərəcəsindən başlayaraq fakultativ kurs tətbiq olunmalıdır. Ümumi yanaşdıqda isə jurnalistlərin savadlı olması vacib faktordur. Çünki bilərəkdən, yaxud bilməyərəkdən yalan xəbərin yayıcıları məhz elə jurnalistlərdir. Düzgün xəbərlər dərc edilməlidir ki, sonra cəmiyyətin yalan və doğru xəbəri ayıra bilməsi problemini yaşamayaq”, – deyə o, əlavə edib.
“Problem yalnız ölkəmiz üçün deyil, ümumilikdə qlobal xarakter daşıyır. Media savadlılığı sahəsində görülən tədbirlər təqdirəlayiqdir. Lakin burada əsas hədəf auditoriyası kimi gənclər götürülməlidir. “DeepFake” adlı qavram yalan xəbər sahəsində pis nümunə kimi geniş yayılmaqdadır. Hətta bunun sayəsində ölkə prezidentlərinin videolarını istənilən formada hazırlamaq mümkündür. Ağıllı insanlar belə aldatmaqlara inanmır və məsələnin nə yerdə olduğunu həmən dəqiqə anlayır. Hətta mənim adımdan belə bu kimi videolar hazırlayıblar”, – deyə o bildirib.
Nəsimi Ələsgərli