Texnoloji yeniliklərin DƏHŞƏTLİ REALLIĞI: Robotu canlı dəridən hazırladılar – Özünü yeniləyə bilir / FOTO
Yaponiyanın Tokio Universitetinin alimləri canlı dəri ilə örtülmüş robot barmaqları hazırlayıblar.
Yenicag.az xəbər verir ki, tədqiqat Tokio Universitetinin professoru Şoji Takeuçi tərəfindən həyata keçirilib.
O, dəri toxumasının robotun səthinə uyğunluğundan təəccübləndiyini və robot barmaqların canlı dəri ilə örtülmüş robotların yaradılması istiqamətində atılan ilk addım olduğunu qeyd edib.
Komanda iddia edir ki, canlı dəridən hazırlanan robotlar daha real humanoidlərdir və tibb bacısına qulluq, xidmət sənayesi daxil olmaqla, müxtəlif rollarda olan insanlarla daha təbii şəkildə qarşılıqlı əlaqədə ola bilər. Komanda, əvvəlcə, robot barmağını dərinin birləşdirici toxumalarını təşkil edən iki əsas komponent olan kollagen və insan dermal fibroblastlarının məhlulu ilə doldurulmuş silindrə batırıb. Bu, hüceyrələrin növbəti qatının yapışması üçün qüsursuz bir təbəqə təmin edib. Barmağın irəli-geri əyilməsi oynaqlarda təbii görünən qırışların əmələ gəlməsinə səbəb olur. Elm adamlarının fikrincə, yaralanan zaman kollagen sarğıların köməyi ilə insan kimi düzəldilmiş dəri özünü sağalda bilir və normal dəri kimi hiss edir. Barmaq elektrik mühərriki ilə idarə olunur.
“Canlı dəri robotlara canlı məxluqların görünüşünü və hissini vermək üçün son həll yoludur”, – deyə Takeuçi qeyd edib. O bu cür irəliləyişlərin insanlar və robotlar arasında yeni əlaqə yaratmaq potensialına malik olduğunu bildirib.
Gülşən Şərif