!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təxribatçı Vardanyanın gözlənilən sonu: “Separatçılar ən yaxşı halda İrəvana gedəcək” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Azərbaycan ordusuna qarşı dirəniş göstərəcək güclərinin olmadıqlarını dərk etsinlər. Seçdikləri yol xəritəsi ən yaxşı halda onları İrəvana aparacaq”.

Bunu Qarabağa göndərilən erməni əsilli milyarder Ruben Vardanyanın zərbə endirməyə hazırıq açıqlamasına münasibət bildirən hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistan 30 il ərzində yalnış yolu tutdu və bu yalnış yolun nə ilə nəticələnəcəyini 44 günlük müharibədə müşahidə etdi:

“İndi də Qarabağdakı separatçı rejim ən pis yolu seçmək istəyir. Buyursunlar, seçsinlər, öz seçimləridir. Lakin Azərbaycan ordusuna qarşı dirəniş göstərəcək güclərinin olmadıqlarını da dərk etsinlər. Seçdikləri yol xəritəsi ən yaxşı halda onları İrəvana aparacaq.

Əvvəl Azərbaycana qarşı hər hansı təxribat fəaliyyəti aparacaqları zaman hansısa qüvvənin köməklərinə gələcəklərini düşünürdülər. İndi isə o da yoxdur. Ağıllarını başlarına yığıb Azərbaycanın verdiyi fürsəti doğru dəyərləndirməlidirlər. Əks halda, Azərbaycan Silhalı Qüvvələrinin Qarabağda antiterror əməliyyatı keçirməsi son seçim olacaq. Və bunun Azərbaycanın legitim hüququ olduğunu unutmasınlar.

İndiki mərhələdə ermənilər bizi tələsdirməyə və tələyə salmağa çalışırlar. Azərbaycanı nələrəsə təhrik etməklə beynəlxalq ictimaiyyətdə nüfuzunu zəiflətmək istəyirlər. Ancaq biz hər şeyin fərqindəyik. Və hədəflərimiz uğrunda səbirlə irəliləyirik. Laçın koridorunu bir gecədə bağladığımız kimi, digər hədəflərimiz üçün də hər gün bir addım daha atırıq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

737
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv