sakrkisyanBu gün səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək, geri çəkilməyə məcbur edilib. Ermənilərin Azərbaycan -Ermənistan sərhəddində təxribat törətməsinin arxasında nə dayanır?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan politoloq Arzu Nağıyev deyib ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan bir sıra qurumlar mütəmadi olaraq, Azərbaycan – Ermənistan sərhəddində təxribatlar törədirlər. Onun sözlərinə görə, belə təxribatlar əsasən hansısa sülh danışıqları ərəfəsində daha tez-tez baş verir:Arzu Nağıyev ile ilgili görsel sonucu

“Son zamanlar cəbhənin Tovuz -Gədəbəy istiqamətində də düşmənin kəşfiyyat qrupları tez-tez təxribatlar törədirlər. Onu qeyd edim ki, burada bir neçə məqsəd var. Məlumdur ki, Gürcüstana istiqamətlənən neft kəmərləri ilə bağlı əsas kommunikasiyalar bu ərazilərdən keçir. Ermənistan sərhədlərində rus hərbçilərinin olması da istisna deyil. Cavab atəşi açılan vaxt ermənilər öz ənənələrinə sadiq qalaraq, iki dövlətin sərhəddini gündəmə gətirməyə, bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olduqlarını yada salmağa çalışırlar. Məlumdur ki, təxribat məhz ermənilər tərəfindən törədilir və Azərbaycan tərəfi sərhəddi pozmadan öz torpağından həmin qrupları ya məhv etmək, ya da qovmaq istiqamətində tədbirlər görür. Bununla da heç bir dövlətin sərhədlərini pozmurlar. Bütün bu təxribatların arxasında Sarkisyan rejiminin öz vaxtını uzatmaq cəhdi və Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonun saxlanması istəyidir”.

 

BƏXTİYAR
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 11
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."