Təxribatların yeni müharibəyə çevrilməsi EHTİMALI: “Ermənistan eskalasiya yaratmağa çalışır”

“Ermənistan genişmiqyaslı təxribatlarla eskalasiya yaratmağa çalışır”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatların yeni müharibəyə çevrilməsi ehtimalından danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Ermənistan son aylar ərzində gərginliyi artırmaq üçün əlindən gələni edir.

“Ermənistan tərəfindən havaya qaldırılan kvadrakopter Tovuz istiqamətində koordinatları müəyyən etmək məqsədi daşıyırdı. Əlavə olaraq, Ermənistan, ABŞ ilə birgə hərbi təlimlər keçirir. Bundan sonra isə təlimər fonunda Ermənistan bir neçə istiqamətdə atəşkəs pozuntularına əl atdı. Bir sözlə, İrəvan milyonluq silah müqavilələrindən sonra Azərbaycanın qədimi torpaqlarından Azərbaycan ərazilərini atəşə tutur. Hazırda Ermənistan təxribatları artan templə yüksəlməkdədir. Ermənistan genişmiqyaslı təxribatlarla eskalasiya yaratmağa çalışır. Fəaliyyətimizi bu təxribatların qarşısının alınması istiqamətində qurmalıyıq”,- deyə hərbi ekspert bildirib.

Nəsimi Ələsgərli

COP29