Teymur Musayevdən YENİ TƏYİNAT

Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, tibb elmləri doktoru, professor İlham Kazımov mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təyinat alıb.

Bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Kazımov bundan əvvəl həmin tibb müəssisəsinin elmi katibi vəzifəsində çalışıb./report