!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teymur Rəcəbov dünya çempionuna qalib gəldi

!Reklam – Yazi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin yeddinci turunun oyunları keçirilir.

Yenicag.az xəbər verir ki, 7-ci turda Şəhriyar Məmmədyarov Niderland təmsilçisi Aniş Giri ilə qarşılaşmada qalib gəlib.

Teymur Rəcəbov isə yarışın təşkilatçısı, dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenlə qarşılaşıb. Rəcəbov rəqinə 3:1 hesabı ilə qalib gəlib.

Tərəflər arasında ilk iki partiya bərabərliklə başa çatsa da, sonrakı iki oyunda Teymur həm qara, həm də ağ fiqurlarla rəqibindən üstün olub.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv