Teymur Rəcəbov erməni rəqibinə qalib gəldi – FOTO

Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Yenicag.az xəbər verir ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda ermənistanlı Levon Aronyanla qarşılaşıb.

Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da o, 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.