!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teymur Rəcəbov FIDE-nin reytinq cədvəlində mövqeyini qorudu

!Reklam – Yazi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2747 xalla 11-ci pillədəki mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov bir pillə geriləyərək 2740 xalla 15-ci olub.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2793) ikinci, çinli Liren Dinq (2788) üçüncüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2472) 20-ci, Ülviyyə Fətəliyeva (2427) 39-cudur. Gənclər arasında dünya çempionu Gövhər Beydullayeva 2387 xalla 58-ci sırada qərarlaşıb./Azertag/

www.yenicag.az

319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv