Teymur Rəcəbov finala çıxa bilmədi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan “The FTX Crypto Cup”da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran Azərbaycan şahnatçısı Teymur Rəcəbov finala gedən yolda Karlsenlə yenidən üz-üzə gəlib. Rəcəbov ilk oyun günündə 2:2 hesablı heç-heçəyə nail olmasına baxmayaraq, bu dəfə uduzub – 3:1.

Digər yarımfinal görüşündə isə ABŞ təmsilçisi Uesli So İddiaçılar Turnirinin rusiyalı qalibi Yan Nepomnyaşiyə qalib gəlib – 2:1.

Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə üz-üzə gələcək.

Çempionlar Turu, VI mərhələ

The FTX Crypto Cup

29 may

Yarımfinal, cavab görüşləri

Maqnus Karlsen (Norveç) – Teymur Rəcəbov (Azərbaycan) – 3:1 (1:0; 0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun – 2:2

Uesli So (ABŞ) – Yan Nepomnyaşi (Rusiya) – 2:1 (0,5:0,5; 0,5:0,5; 1:0)

İlk oyun – 2,5:1,5

Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.