!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teymur Rəcəbovdan dörddə bir finalda QALİBİYYƏT

!Reklam – Yazi

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin – “The FTX Crypto Cup” turnirinin dörddəbir final oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov 4 partiyadan ibarət birinci matçda Niderland təmsilçisi Aniş Giriyə 2,5:1,5 hesabı ilə qalib gəlib. Dörddəbir final mərhələsinin digər iştirakçıları Fabiano Karuana (ABŞ) Yan Nepomnyaşi (Rusiya), Uesli So (ABŞ) Maksim Vaşye-Laqrav (Fransa) üzərində qələbə qazanıb. Hikaru Nakamura (ABŞ) – Maqnus Karlsen (Norveç) qarşılaşması isə heç-heçə ilə başa çatıb.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv