!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Teymur Rəcəbovun səhhətində problem yarandı

!Reklam – Yazi

15554654_1173747299380014_1157867252_nŞahmat üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Apasport.az saytının məlumatına görə, yığmamızın lideri Teymur Rəcəbov son anda Avropa çempionatına qatılmaqdan imtina edib.

Belə ki, bu gün Estoniyanın paytaxtı Tallində şahmatın rapid növü üzrə Qitə birinciliyi start götürüb. Azərbaycan yarış üçün 3 zəka sahibi sifariş etsə də, Rəcəbovun yoxluğunda Rauf Məmmədovla (2770) Arkadi Naydiç (2647) mübarizə aparacaq. Bundan əlavə T. Rəcəbov dekabrın 17-18-də keçiriləcək blits növü üzrə şəxsi Avropa çempionatında da iştirak etməyəcək. Bu səbəbdən də təmsilçilərimizdən qalib adı uğrunda Rauf Məmmədov (2770), Arkadi Naydiç (2647) və Elmar Qasımov (2079) şahmat taxtası arxasına keçəcək.

T.Rəcəbovun bu cür yarışlardan imtinaetmə səbəbini öyrənmək üçün Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla əlaqə saxladıq. Federasiya rəsmisi məsələ ilə bağlı Yeniçağ.az-a belə açıqlama verib:

“Teymur Rəcəbov səhhətində problem yarandığına görə bu yarışlara qatıla bilməyəcək. Amma o, dekabrın 25-də Dohada keçiriləcək Dünya çempionatında iştirak edəcək. Məncə, elə Avropa çempionatından imtina etməsinin digər səbəbi də budur”.

Aygün İlqarqızı
Yenicağ.Az

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv