Təyyarə məcburi eniş etdi – Sərnişinlər arasında davaya görə

Britaniyanın Mançesterdən Las-Veqasa uçan təyyarəsi sərnişinlər arasında dava səbəbindən Kanadanın Manitoba vilayətində məcburi eniş edib.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, “Thomas Cook Airlines” aviaşirkətinə məxsus təyyarə yerə endikdən sonra polis 5 sərnişini saxlayıb və onların əllərini qandallayaraq təyyarədən endirib. Həmin şəxslərin hamısı Böyük Britaniya vətəndaşlarıdır. Onlar yerli asayiş keşikçilərinə müqavimət göstərməyiblər.

“Airbus A330” təyyarəsində baş vermiş hadisənin digər təfərrüatları açıqlanmır.

COP29