Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Təyyarə qaçırıldı – İçərisində 81 sərnişinlə – Yenilənib

14462955753937111831_1000x669Misirə aid sərnişin təyyarəsi naməlum şəxslər tərəfindən qaçırılıb.

İçərisində 81 sərnişin olan təyyarə Kiprin Larnaki hava limanına endirilib. Kipr dövlət radiosu təyyarəni qaçıran şəxsin silahlı olduğunu elan edib. Sərnişinlərdən heç birinin xəsarət almadığı bildirilir.

 

***

Misirə məxsus A320 təyyarəsini qaçıraraq Kiprin Larnaka hava limanına enməsini tələb edən şəxs sərnişinlərin təyyarədən çıxmasına icazə verib.

APA-nın məlumatına artıq 20 qadın və bir uşaq təyyarəni tərk edib.

Təyyarənin qaçıran şəxsin tələbinin nədən ibarət olduğu hələlik məlum deyil.

Kipr hüquq-mühafizə orqanların onunla danışıqları davam etdirirlər.

Qeyd edək ki, naməlum şəxs İsgəndəriyyədən Qahirəyə uçan, göyərtəsində 55 sərnişin və 7 ekipaj üzvü olan təyyarənin Cənubi Kiprin Larnaka hava limanına endirilməsini tələb edib.

Təyyarəni qaçıran şəxs bildirib ki, tələbi yerinə yetirilməsə, “şəhid kəmərini” işə salacaq.

Kiprin dövlət radiosu təyyarədə partlayıcı qurğunun olması barədə məlumat yayıb.

Loading...

www.yenicag.az

347
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100