Sidneydən uçan təyyarə qəflətən hündürlüyünü itirib, 50 sərnişin yaralanıb.
Yenicag.az xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti məlumat yayıb.
Bildirilir ki, Sidneydən Oklendə uçan təyyarənin qəfil hündürlüyünü itirməsi nəticəsində sərnişinlər yaralanıb.
LATAM Hava Yollarının LA800 reysi ilə uçan sərnişinlərin dediyinə görə, uçuş zamanı onlar “kiçik sürətli eniş” kimi bir şey yaşayıblar.
Hadisədən sonra təyyarə Oklendə planlı eniş edib. Bundan sonra xəsarət alan sərnişinlərə tibbi yardım göstərilib.
Hadisə nəticəsində 50-yə yaxın insan xəsarət alıb.
Bir sərnişinin ağır yaralandığı, qalanlarının isə yüngül və orta dərəcəli xəsarətlərlə xilas olduğu bildirilir.
13 nəfərin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olduğu, təkcə sərnişinlər deyil, stüardessaların da xəsarət aldığı deyilir.
Xuraman Etibarlı