Təyyarə qəzası: 40 nəfərin meyiti sudan çıxarıldı

Vaşinqtonda qəzaya uğrayan təyyarədə həlak olanlardan 40-nın cəsədi xilasedicilər tərəfindən Potomak çayından tapılıb.

Yenicag.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Xatırladaq ki, yanvarın 30-da Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi və hərbi helikopter toqquşub. Təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə 3 hərbçinin olduğu bildirilir.

ABŞ Prezidenti Donald Tramp qəzanın helikopterin səhvi nəticəsində baş verdiyini, sağ qalanların olmadığını açıqlayıb./axar.az