Yaponiyada təyyarə qəzaya uğradı – 73 yaşlı pilot…

Yaponiyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Mito şəhərində səhralıq ərazidə qeydə alınıb. Huşsuz vəziyyətdə aşkar edilən 73 yaşlı pilot xəstəxanaya yerləşdirilib.

Qəzanın hansı səbəbdən baş verdiyi və təyyarənin hansı marşrut üzrə hərəkət etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.