Təyyarə qəzası – Ölənlər var

Kolumbiyanın mərkəzi hissəsində təyyarə qəzası baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Tolima departamentinin Mülki Müdafiə üzrə direktoru, mayor Luis Fernando Veles məlumat verib.

“Xilasetmə agentlikləri və polis artıq qəza zonasına gəlib və ilkin məlumata görə, iki nəfər həlak olub”, – L.Veles bildirib.

Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.

COP29