Təyyarə qəzası – Ölənlər var

Almaniyanın Hessen federal əyalətinin qərbində kiçik təyyarə qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, polisin məlumatına görə, qəza Butzbax şəhəri ilə aerodrom arasındakı Vetterau rayonunda baş verib.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib. Onların hər ikisinin Baden-Vürttemberq federal əyalətinin sakinləri olduğu bildirilir.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.