Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra dövlət komissiyası yaradılıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Tenqrinyus” məlumat yayıb.
Məlumata görə, komissiyaya Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.
Prezident Qasım-Jomart Tokayev Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə hər cür yardımın göstərilməsi barədə göstəriş verib.