Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması zaman xəsarət alan iki qırğızıstanlı xəstəxanadan buraxılıb.
Yenicag.az Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəsarət alan üçüncü şəxsin vəziyyəti sabitdir, Milli Hospitalın Neyrotravma şöbəsində onun müalicəsi davam edir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.