Ötən gün Rusiyada baş vermiş təyyarə qəzasında ölən sərnişinlərin ailələrinə təzminat ödənəcək.
Yenicag.az xəbər verir ki, bunu açqlamasında Moskva vilayətinin qubernatoru Andrey Vorobyev deyib.
Onun sözlərinə görə, təzminat 1 milyon rubl təşkil edəcək. Bu isə təxminən 17 min min dollar deməkdir.
Qeyd edək ki, Moskva-Orsk reysini həyata keçirən “Saratov Hava Yolları”na məxsus sərnişin təyyarəsi “Domodedovo” hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 65 sərnişin və 6 heyət həlak olub. Onların arasında Azərbaycan vətəndaşı Namiq Qəhrəmanov da olub.